!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rasim Balayev sədrliyə namizədliyi HAQDA: "İşdir, seçilsəm, öhdəmizə düşən işləri...”

!Reklam – Yazi

“Kinonun çəkilişi yeni yarıdılmış Kino Agentliyi və Mədəniyyət Nazirliyinin kino şöbəsinin funksiyasına daxildir”.

Bu fikirləri Birləşmiş kino ittifaqlarının sədrliyinə namizədliyi irəli sürülən Xalq artisti Rasim Balayev Yeniçag.az-a açıqlamasında deyib.

O, ittifaqa kimin sədr seçiləcəyinə dair proqnoz verməyin mümkün olmadığını vurğulayıb:

“Kim seçilsə, o da sədr olacaq. Ümumi iclasda səsvermə olacaq. Nəticə səsvermədən asılıdır, əvvəldən qəti bir söz deyə bilmərəm. İşdir, seçilsəm, öhdəmizə düşən işləri görəcəyik”.

“Kino sahəsində hansı dəyişikliklərin olacağını proqnozlaşdırırsız” sualına xalq artistinin cavabı belə oldu:

“Bu ittifaqın kino çəkilişlərinə aidiyyatı yoxdur. Kinonu çəkən digər qurumlardır, o məsələlər yeni yarıdılmış Kino Agentliyi və Mədəniyyət Nazirliyinin kino şöbəsinin funksiyasına daxildir.

Bu sualı hər dəfə bizə ünvanlamayın. Maliyyə onlara yönləndirilir və bu işlə onlar məşğul olur”.

Qeyd edək ki, bu il iyulun 26-da AKİ və ARKİ-nin birləşəcəkləri barədə birgə bəyanat yayılıb.

Cəvahir

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv