Moskvada Könül Kərimovanın konserti təxirə salındı – “Günəşli” faciəsinə görə – FOTOLAR

Müəllif: Baş Redaktor

Baş Redaktor

12358102_512058682296086_931819336_nAzərbaycanda baş verən faciəyə görə, Rusiyadakı Azərbaycan təşkilatları da matəm elan edib. Yenicag.az xəbər  verir ki, bu günə planlaşdırılan böyük konsert də təxirə salınıb. Tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyət və İncəsənət Studyası, keçiriləcək yer Ostankina Koralevski Zal olub.

Qeyd olunur ki, bu gün Azərbaycanın tanınmış müğənnisi Könül Kərimovanın iştirakı ilə böyük konsert və əyləncə proqramı nəzərdə tutulubmuş. Hazırda konsert proqramı üçün K.Kərimova da Moskva şəhərindədir.

Ancaq Azərbaycanda baş verən faciə ilə əlaqədar olaraq, təşkilatçılar konserti və bütün proqramı ay sonuna qədər təxirə salıblar.

Təşkilatçılar bu qərarı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı matəm qərarına görə, aldıqlarını bəyan ediblər.

12355088_512058672296087_1067303050_n 12358102_512058682296086_931819336_n 12358118_512058668962754_15561850_n


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir