!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın "Çelsi" ilə matçda açacağı nəhəng xareoqrafiya - FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” “Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.

Yenicag.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Ağdam klubu tərəfindən nəhəng xoreoqrafiya açılacaq.

Artıq xareoqrafiyanın hazırlanması üçün işlər davam edir. Bizdə olan məlumata görə, 20 min azarkeşi əhatə edən xoreqrafiya ağ və göy kağızlarla bəzədiləcək. Bundan başqa E tribunasında nümayiş etdiriləcək  xareoqrafiyanın orta hissəsində böyük Azərbaycan və Qarabağ yazıları da olacaq. Eyni zamanda ingiliscə cümlə də xoreoqrafiyada öz əksini tapacaq ki, bunu da sirr olaraq saxlayırıq.

Maraq üçün bildirək ki, “Qarabağ” rəhbərliyi xareoqrafiyanın hazırlanması üçün Türkiyədən mütəxəssislər dəvət edib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də baş tutacaq.

Emin Səfərov

www.yenicag.az

8689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv