www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın legioneri Donald Gerryeyə ağır itki üz verib.

Yenicag.az-ın məlumatına görə, haitili futbolçunun Miah adlı qızı vəfat edib.

Bizdə olan bilgiyə görə, “Qarabağ”a transfer olunduqdan sonra ailəsini də Bakıya gətirən yarımmüdafiəçinin vəfat edən qızının səhhətində yaranan problem anadangəlmə olub. Belə ki, yaxalandığı virus körpəyə cəmi 18 ay yaşamağa imkan verib.

Nəticədə Donald Gerryenin qızı bu gün Bakıda dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, futbolçu övladının cənazəsini xanımının vətəninə – Polşaya apararaq orada dəfn edəcək. Artıq bununla bağlı müəyyən prosedurlar da başlanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4369
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."