!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Arsenal"la oyundan öncə "Qarabağ"da şok itki

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, Qurban Qurbanov aparıcı futbolçusu Donald Geryenin xidmətindən məhrum olub.

Belə ki,  matçın 33-cü dəqiqəsində zədələnən və bu səbəbdən oyunu davam etdirə bilməyən haitili yarımmüdafiəçi 36-cı dəqiqədə Ansi Aqolli ilə əvəzlənib.

Onun Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda “Arsenal”a qarşı oynayıb-oyanamaycağı sual altındadır.

www.yenicag.az

4432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv