Rabitə Nazirliyində yeni Aparat rəhbəri təyin edildi – FOTO

Müəllif: Baş Redaktor

Baş Redaktor

 Əli İzzət oğlu Abdullayev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyin olunub.

Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

Ə.Abdullayev 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib.

Ailəlidir, 3 övladı var. /7news.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir