www.sinerjipro.net

SinerjiProWide
Reklam

Noyabrın 11-də Şəki polisinə müraciət edən rayon sakini Məhəmməd Şirinov, naməlum şəxsin yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağladığını, onu öldürəcəyi barədə hədə-qorxu gəldiyini bildirib.

Yenicag.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə baxış keçirilərkən həqiqətən də G.Mikayılzadənin əllərinin və ayaqlarının bağlanıldığı aşkar edilib.

Araşdırmalar zamanı zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı rəfiqəsindən şübhələndiyini, onun yaxınları tərəfindən törədildiyini bildirib. Lakin G.Mikayılzadənin ağır cinayət hadisəsinin törədilməsini səhnələşdirərək, bilə-bilə yalan ifadə verdiyi müəyyən edilib. Belə ki, aparılan araşdırmalarla onun tanışı Zabit Salmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, rəfiqəsindən qisas almaq məqsədilə Zabitin əvvəlcədən qurduqları plan üzrə onun əllərini və ayaqlarını bağlayaraq yaşayış evini tərk etdiyi bəlli olub.

Bundan başqa istintaq zamanı G.Mikayılzadənin oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının şübhələri üzərinə yönəltdiyi qadın tərəfindən oğurlanması barədə Polis Şöbəsinə müraciət edib, lakin fakt öz təsdiqini tapmayıb.

Günəş Mikayılzadənin və Zabit Salmanovun əməlində Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsinin tərkib əlamətləri olduğundan araşdırmanın davam etdirilməsi məqsədilə material Şəki rayon Prokurorluğuna göndərilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3463
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."