"Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Mürşüd Məmmədov "REAL TV"yə müsahibəsində deyib.
ƏTRAFLI
ENDİRİM SAATLARI
Onun sözlərinə görə, səyahət zamanı köhnə nəsil şəxsiyyət vəsiqələri etibarlı olmayacaq: "Yəni, vətəndalar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Hesab edirəm ki, proses hər iki ölkə vətəndalarının işini asanlaşdıracaq".
Xatırladaq kİ, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.
Bu il yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 100,4 milyon ABŞ dolları və yaxud 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19%-ni, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,7%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 milyon ABŞ dolları (14 996,5 milyon manat) və yaxud ÜDM-in 20,7%-ni təşkil edib.
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.