HighTechnic

hightechnic
Ads by Google

Tanınmış aktyor, əməkdar artist Rəhman Rəhmanovun həbsdən azadlığa buraxılan oğlu Emil Rəhmanovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Həbsdə olanda daha çox kimlər üçün darıxırdız?

– Atam və anam üçün.

– Bu hadisə atanıza çox pis təsir etmişdi. Bir dəfə müsahibəsində demişdi ki, ona keçmiş həyat tərzinizə qaytımayacağınız barədə söz vermisiz.

– Mən iki il dustaq həyatı yaşadım. Bu iki il ərzində hər dəfə səhər yuxudan duranda anamı xatırlayırdım, onun nəfəsinə ehtiyacım vardı, görmək istəyirdim. Şükür yanlarındayam.

– Heç peşmançılıq hissi yaşadınızmı?

– Əlbəttə. Biz övliya deyilik ki, günahlarımız olmasın. Allah yazan yazıdır, mən də həbsə düşdüm. Şükür, Allah nəsib etdi, çıxdım, indi öz sənətimlə məşğul olacam. Qoy bütün cavanlar eşitsin, ən gözəl “dustaqçılıq” anaya, ataya xidmət etməkdir. Dost-tanış hamısı özünə görə sağ olsun. Mənim yanıma gəlib-gedənlər oldu: Teymur Əmrah, Elgiz Əkbər, Heydər Anatollu… sağ olsunlar. Atam da hər ay gəlib baş çəkirdi. Elə insanlarla dostluq etmək lazımdır ki, çevrən gözəl olsun. Allah hamımıza səbr verib, hər birimiz bu səbrdən istifadə etməliyik. İnsanlara sözüm budur ki, cinayətdən uzaq olsun.

– Heç gözünüzü yolda qoyan oldumu?

– Yox, qapıda gözüm yox idi. Atam mənə bəs edirdi. Məni istəyən insanlar gəldi. Təbii ki, uzun illər dostluq etdiyim müəyyən adamlar vardı… indi adlarını çəkməyəcəm. Düşünürdüm ki, gərək yanıma gələydilər. Gəlməyiblərsə də, canları sağ olsun. Atam hər ay gəlirdi, onu sağ-salamat görürdüm, bu, mənə bəs edirdi.

– Sənətdə hədəfiniz nədir?

– Müğənniyəm, sənətkar deyiləm. İnşallah, Allah nəsib etsə, sənətkar olaram.

– Hansı bəstəkarlarla birgə çalışmağı planlaşdırırsınız?

– Faiq Sücəddinov, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Arif Səlimovla işləmək istərdim.

– Hansı həmkarınızla duet oxumaq arzusundasız?

– Heç kimlə.

– Niyə?

– İstəmirəm.

– Hansı müğənniləri daha çox dinləyirsiz?

– Azərbaycanda?

– Fərqi yoxdur.

– Azərbaycanda heç kimi dinləmirəm. Şövkət Ələkbərovanın səsinin vurğunu olmuşam. Ölürəm onun sənəti, səsi üçün… Bal kimi səsdir. Ömür vəfa edərsə, Kübariyə ilə duet oxumaq istərdim.

– Sənət aləmindəsinizsə, mütləq qalmaqallar, dedi-qodular da olacaq. Bunu nəzərə almısız?

– Qalmaqal bizlik deyil. Elə təxribatlara uymuram. Tıxsız balığam, mənimlə işləri olmasın, heç kimə toxunmaram.

– Elə həbsdən çıxan gün toyda oldunuz. Artıq toya dəvətlər də alırsız…

– Bu, Allahın mənə bəxş etdiyi bir nemətdir. Həbsdə olanda mənimlə maraqlanırdılar. Onlara nə vaxt azadlığa buraxılacağımı demişdim. Planlaşdırmışdılar, çıxdığım gün toya getməli oldum.

– Həmkarlarınızın bəlli toy qiymətləri var. Bəs siz necə, qiymət açıqlayacaqsınız?

– Mən heç kimə qiymət deməyəcəm. Azərbaycan xalqı özü sənətə gözəl dəyər verir.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4857
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.