www.sinerjipro.net

SinerjiProWide
Reklam

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsi başa çatdıqdan sonra  qrup və pley-off oyunlarının yekunlarına əsasən ən yaxşı bombardir və assistent bəlli olub.

Yenicag.az xəbər verir ki, bombardirlər siyahısına 16 qolla Polşa millisinin forvardı Robert Levandovski başçılıq edir. Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo isə ondan bir qol geri qalır. Hərəyə 11 qol vuran danimarkalı Kristian Eriksen və belçikalı Romelu Lukaku isə 3-cü yeri bölüşüb.

Assistentlərə gəlincə, Coşua Kimmix 9 qolun ötürməsini verməklə birincidir. Dris Mertens (Belçika), Duşan Tadiç (Serbiya), Miralem Pyaniç (Bosniya və Herseqovina), Tomas Müller (Almaniya) və Tom Menye (Belçika) isə hərəyə 7 assistentliklə yadda qalıb.

Azərbaycan millisinin yarımmüdafiəçisi  Əfran İsmayılov isə 3 qol, 2 assistentliklə bacarığını nümayiş etdirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2443
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.