!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldonun 2 milyon avroluq avtomobili qəzaya uğradı

!Reklam – Yazi

İspaniyanın Mayorka adasında “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun “Bugatti Veyron” avtomobili qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Sun” yazıb. Mənbənin sözlərinə görə, ailəsi ilə birlikdə Mayorkada istirahət edən Ronaldo qəza zamanı hadisə yerində olmayıb, avtomobili Ronaldonun əməkdaşı idarə edib. Sürücü idarəetməni itirib, ikinci dərəcəli yoldan çıxıb və yaşayış binasının yanındakı divara çırpılıb.

Avtomobilə xeyli ziyan dəyib, lakin sürücü xəsarət almayıb, o, özünü təqsirli bilib və qəza ilə bağlı protokol imzalayıb. Hazırda bu işlə İspaniya polisi məşğul olur. 400 km/saatdan çox sürətə çata bilən avtomobilin qiyməti təxminən 2 milyon avrodur.

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv