www.sinerjipro.net

SinerjiProWide
Reklam

Tovuz rayon vağzalında şəhərlərarası sərnişindaşıma biletləri vətəndaşlara Tarif Şurasının müəyyənləşdirdiyi qiymətdən baha satılır.

Yenicag.az xəbər verir ki, Tiflis-Bakı, Qazax-Ağstafa-Bakı, Böyükəsik-Bakı qatarlarına satılan biletlər qatardakı yataq yerlərinə görə fərqli-fərqli qiymətlərədir. Tiflis-Bakı qatarına 12,60 azn-yə satılmalı olan biletlər 14-16 manat təşkil edir. Əlavə olaraq, vətəndaşlara aşağı qat yataqlara görə 2 manat artıq alınsa da, sərnişin qatara mindikdən sonra aldadıldığı məlum olur. Ona aşağı qat əvəzinə yuxarı qata bilet verildiyi üzə çıxır. Bir başqa formada isə eyni yerə iki bilet satılır, bu da sərnişinlərdə çaşqınlıq yaratdığından mübahisələrə, hətta davalara gətirib çıxarır.

Məsələ ilə bağlı əməkdaşımıza şikayətçi sərnişin Türkər Cəbrayıl məlumat verib. Şikayətçinin bildirdiyinə görə, o, bazar günü saat 13:10-da Tovuzdan Bakıya getmək üçün kassadan bilet alıb və aldadılıb. Qatarın aşağı yatağı üçün qiyməti 12 manat 60 qəpik olan biletə 14 manat ödəyib və bunun da səbəbini soruşanda kassadakı xanımın cavabı belə olub:

“Biz biletləri aşağı və yuxarı yerlərə görə qiymətləndiririk. Sizin yer aşağı olduğundan qiymətidir bir az bahadır”. Vətəndaş mübahisə etməmək üçün vağzaldan ayrılıb və gecə saat 00:12-də Tiflis-Bakı qatarına minəndə aldadıldığı üzə çıxıb. Məlum olub ki, ona aşağı yox, daha ucuz qiymətə olan yuxarı yer satılıb.

Hadisə ilə əlaqədar Tovuz dəmiryolu vağzalının rəisi Əhməd Əhmədovla əlaqə saxladıq. O isə problemi aydınlaşdırmaq üçün Bakıda yaşayan vətəndaşın vağzala gələrək, kassir xanımla üzləşməsini təklif etdi.

Nihat Cəbrayıl

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1153
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."