!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir müavinindən AZAL-a MÜBAHİSƏLİ DƏSTƏK: “Qiymətlərdəki ciddi fərqin səbəbi nədir?”

!Reklam – Yazi

“Wizz Air”in Bakıdan Romaya biletlərinin qiyməti AZAL-ın yaxınlıqdakı Tiflis reysinə biletlərindən daha ucuzdur”.

Bu fikirləri Yenicag.az-a rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun AZAL-ın müəyyənləşdirdiyi qiymətləri “əsaslandırmaq” cəhdinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Onun fikrincə, nazir müavini AZAL-ın qiymətlərinin hansı ölkələrə nisbətən “ucuz olmasının” səbəbini də açıqlasa, yaxşı olar:

“Bu, əslində, maraqlı açıqlamadır. AZAL-ın müəyyənləşdirdiyi qiymətlərin hansı ölkələrin şirkətlərinin tarifləri ilə müqayisədə baha olmadığı sual doğurur. Bəli, “Singapore Airlines”, “Qatar Airways”, “Air France” kimi avişirkətlər sərnişinlər üçün çox yüksək səviyyəli xidmət təklif edirlər.

Ona görə də, bu şirkətlərin qiymətləri digərlərindən baha olur. O baxımdan, nazir müavini AZAL-ın qiymətlərinin hansı ölkələrə nisbətən ucuz olmasının səbəbini də açıqlasa, yaxşı olardı.

Qeyd edilir ki, AZAL-ın müxtəlif istiqamətlər üzrə 20 mindən çox bileti 29 avrodan satılıb. Ola bilər ki, bu hava yolları tərəfindən müəyyən aksiyalar həyata keçirilib. Amma güzəştli biletlərin sayı ümumi satılan biletlərin neçə faizini təşkil edir? Qiymətlərdəki ciddi fərqi hansı səbəblərlə izah etmək olar?

Bakıdan başqa aviaşirkətlər də uçuş həyata keçirir və onlardan biri də “Wizz Air”dir. Bu şirkətin Romaya biletlərinin qiyməti AZAL-ın yaxınlıqdakı Tiflis reysinə biletlərindən daha ucuzdur. Bunun məntiqli izahı varmı? Hər halda, rəsmi şəxslər danışdıqları məsələləri tam şəkildə əsaslnadırmalıdırlar”.

Yusif Səmədzadə

www.yenicag.az

741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv