!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“000 OO 00” nömrəli avtomobilin sahibi sürücülükdən MƏHRUM EDİLDİ - FOTO

!Reklam – Yazi

Gorus meri Aruş Aruşanyan sərxoş vəziyyətdə “000 OO 00” dövlət nömrə nişanlı avtomobil idarə etdiyinə görə bir il müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı erməni nəşri Shamshyan.com yayıb.

Nəşr yazır ki, martın 13-də İrəvan polis patrul alayına əməliyyat məlumatı daxil olub.

Sürücü “Mercedes G 63” markalı, “000 OO 00” dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edib.

Patrul əməkdaşları nəzərdə tutulan marşrut yerinə gedib və gecə saatlarında şübhə doğuran bu avtomobili görüblər.

Sürücünün Gorusun meri Aruş Aruşanyan olduğu üzə çıxıb. O, güclü sərxoş olub və hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib.

Patrullar avtomobili cərimə meydançasına aparıblar. Sürücünün özü isə bir il müddətinə vəsiqəsindən məhrum edilib.

Qeyd edək ki, bahalı nömrəni fevralın 28-də Aruş Aruşanyanın atası Qaqik Aruşanyan alıb.

Xuraman Etibarlı

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv