1-ci sinifə qəbulla bağlı – Dəyişiklik

“2018-2019-cu tədris ili üçün Bakı ilə bərabər, Abşeron, Sumqayıt və Gəncə məktəblərində I sinfə qəbul elektron qaydada həyata keçiriləcək”.

Yenicag.az, bunu Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. O bildirib ki, böyük şəhərlərdə I sinifə qəbulun elektron qaydada aparılması bir sıra neqativ halların qarşısını alacaq, valideynlərin işini asanlaşdıracaq.

Şöbə müdiri qeyd edib ki, tədricən ölkə üzrə I sinifə qəbul elektron qaydada keçiriləcək: “2018-2019-cu tədris ili üçün Gəncə, Sumqayıt və Abşeron məktəblərində I sinifə qəbul uğurla icra olunsa, ölkədəki bütün məktəblərdə qəbulu elektron qaydada həyata keçirmək niyyətimiz var. Valideynlər məktəbə getmədən uşaqlarının I sinifə qəbulunu elektron qaydada həyata keçirəcək və müəllim seçimi də edə biləcəklər”.

E. Əmrullayev orta ümumtəhsil müəssisələri üçün yeni kurikulum layihəsinin hazırlandığını və ictimai müzakirəyə təqdim olunduğunu da söyləyib: “Yaxın gələcəkdə Təhsil Nazirliyi layihəni Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcək. Layihədə fənlərin və fənn saatlarının sayı dəyişdirilməyib. Bəzən deyilir ki, guya kurikulum ləğv olunur. Ancaq belə deyil”. (APA)

COP29