Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.
Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.
Payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başlaması və qış aylarında yaşlı insanlar arasında ölüm hallarının artması koronavirusla bağlı mövcud epidemioloji vəziyyəti dəyişdirə bilər.