!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

1-ci siniflərə və məktəbəhazırlıq qruplarına qəbul yekunlaşdı - YENİLƏNDİ

!Reklam – Yazi

2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bu gün saat 18:00-dan etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

***10:46

Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu 14 sentyabr saat 18:00-da yekunlaşacaq.

Qeyd edilən tarixdən etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanacaq.

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv