!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“1 Manat - 1.50 ABŞ Dolları rəqəmlərini bir də görməyəcəyik” - EKSPERT

!Reklam – Yazi

“Manatın dollara görə güclənməsi Azərbaycanın ixrac iqtisadiyyatı üçün zərərlidir”.

Bu sözləri son günlər dolların dünyanın əsas valyutalarına nisbətdə ucuzlaşmasının ölkəmiz üçün mümkün təsirlərini dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında bildirib.


O qeyd edib ki, dolların hazırkı dövrdə dəyər itirməsi epizodik xarakter daşıyır və indi bu haqda nədənsə danışmaq tezdir:

“Dolların dünyanın digər əsas valyutalarına nisbətdə ucuzlaşmasının son həftə ərzində açıqlanan inflyasiya gözləntiləriylə bağlı açıqlamalarla bağlılığı vardır. Belə ki, aylıq və illik inflyasiya göstəriciləri ABŞ-də daha zəif oldu. Bu da tezliklə FED-in faiz artımı siyasətinin dayandırılmasıyla bağlı gözləntilərlə əlaqəlidir.

Bu proseslər isə manatın dollarla münasibətinə heç bir təsir göstərməyəcək. Ümumiyyətlə, manat dollarla ən yaxşı nisbətdədir.

Fikrimcə, manatın dollara nəzərən bahalaşması indiki göstəricidən artıq olmayacaq. Yəni 1 Manat – 1.50 ABŞ Dolları rəqəmlərini bir də görməyəcəyik. Əksinə, göstərici hər zaman daha yüksək olacaq. Üzən məzənnəyə keçid etdiyimiz təqdirdə epizodik olaraq ani artıq ola bilər. Lakin digər hallarda manatın dollar qarşısında artımını müşahidə edə bilməyəcəyik. Vəziyyətin tam əksi baş verə bilər. Yəni manat dollar qarşısında ucuzlaşa bilər.

Dolların digər əsas valyutalara nisbətdə dəyər itirməyinin iqtisadiyyatımıza təsirinə gəlincə, manatın dollara görə güclənməsi Azərbaycanın ixrac iqtisadiyyatı üçün zərərlidir. Düzdür, bu hal müvəqqəti xarakter daşıyır. Lakin dollar davamlı olaraq dəyər itirərsə, biz artıq bu barədə nədənsə danışa bilərik.

Bütün bunlar birjada baş verən dəyişikliklərdən qaynaqlanır. Ona görə də uzun müddətli bir proses olmayacaq. Amma məsələyə ümumi yanaşdıqda dolların ucuzlaşması manatın ucuzlaşması demək olur.

Manatın da ucuzlaşması ixracat üçün yaxşı xəbər hesab olunur. Amma manatın eyni zamanda dollara görə ucuzlaşması inflyasiya göstəriciləri baxımından yaxşı xəbər deyil. Çünki müqavilə əsasında xaricdən ölkəyə gətirilən mallar bahalaşmış olacaq.

Epizodik hadisələrə görə iqtisadiyyatda mühüm dəyişikliklər baş vermir. Lakin davamlı olaraq ucuzlaşma baş verdiyi təqdirdə bu iqtisadiyyat üçün yaxşı xəbər rolunu oynaya bilər. Elə hökümətin də istədiyi manatın baha olmamasıdır. Baxmayaraq ki, manatı birdən-birə də ucuzlaşdırmaq niyyətində deyillər. Hələlik inflyasiya yüksək olduğuna görə bunu istəmirlər.

Ümumi şəkildə dolların ucuzlaşması, manatın da dollara görə dəyər itirməsi iqtisadiyyat üçün müsbət tərəflərə malikdir, mənfi məqam yoxdur. İlin əvvəlindən manatın real effektiv məzənnəsinin artımını nəzərə alsaq, indiki yumşalma ciddi təsirlərə malik olmayacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv