!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

1 milyona pişik satılır

!Reklam – Yazi

Rusiyanın Rostov vilayətinin Taqanroq sakini 1 milyona pişik satır.

Yenicag.az xəbər verir ki, söhbət Konstantin adlı gəncdən gedir. O, yerli onlayn alış-veriş saytlarından birində öz pişiyini 999 min rubla satışa çıxarıb.

Bu elan böyük marağa səbəb olub. Məsələ burasındadı ki, sahibi pişiyin xüsusi “bacarığa” malik olduğunu qeyd edib. Guya o göz qaytarır, insan bədənindəki pis ruhları xaric edir və s.

Pişiyi satan şəxs qiymətdə razılığa gəlməyin mümkün olduğunu da vurğulayıb. Konstantinin sözlərinə görə, pişiyi ciddi maliyyə problemləri ilə üzləşdiyinə görə satışa çıxarıb.

www.yenicag.az

2730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv