!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın boşa verdiyi BƏRAƏT FÜRSƏTİ: “Moskva İrəvanın mövqeyində dəyişiklik görməsə...”

!Reklam – Yazi

“Nə zaman baş verəcəyi indidən bilinməsə də, Rusiyanın Ermənistandan alacağı intiqam çox ağır olacaq”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də keçiriləcək iclasında iştirakdan imtina etməsi ilə bağlı xəbərə münasibət bildirən politoloq Abutalıb Səmədov  Yenicag.az-a açıqlamasında deyib.O, baş verən son proseslər fonunda Paşinyanın bu qərarının gözlənilməz olmadığını bildirib:

“Paşinyan Ermənistanın Rusiya ilə “körpü”lərini tamamilə yandırmaq yolunu seçsə də, bu kursun İrəvan üçün gələcək nəticələrini anlaya bilmir. Kreml hələ ki ona qarşı çox səbrli davranaraq Ermənistanı cəzalandırmağa tələsmir.

Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və iqtisadiyyatın az qala üçdən biri də onun nəzarətindədir. Əgər Rusiya Ermənistandan məhsul idxalını dayandırsa, İrəvan üçün çox ciddi iqtisadi problemlər yaranacaq.

Digər tərəfdən, Ermənistan bu gərginləşmə dalğasında Rusiyadan ucuz qiymətə qaz almaq imkanlarını da itirə bilər. Həmçinin Rusiyada işləyən ermənilər hər il ölkələrinə təxminən 4 milyard dollar pul göndərirlər. Bu isə MDB məkanında ən yüksək göstəricidir.

Rusiya Ermənistanın indiki mövqeyində ciddi dəyişiklik görməsə, həmin erməniləri öz ölkələrinə göndərməkdən və dediyim pul axınının qarşısını almaqdan qətiyyən çəkinməyəcək. Lakin əlində bu qədər imkanlar olmasına baxmayaraq, Rusiya səbrli davranmağı seçib. Bunun da səbəbi Rusiyanın Ukrayna ilə müharibəni davam etdirməsidir.

Ona görə də Ermənistana öz mövqeyində dəyişiklik etməsi üçün vaxt verilib. Ancaq Paşinyan və komandasının üzləşəcəkləri problemləri nəzərə almaq istəmədikləri açıq görünür. Əksinə, Qərbin göstərişinə əsasən, Ermənistanın Rusiya ilə bütün əlaqələrini kəsmək istəyirlər. Nə zaman baş verəcəyi indidən bilinməsə də, Rusiyanın Ermənistandan alacağı intiqam çox ağır olacaq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv