!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"1 uşağa 7 min manat xərclənir" - Nazir

!Reklam – Yazi

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb.

Yenicag.az xəbər verir ki, nazir Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, Azərbaycan məktəblərində şagirdlərə düşən adambaşına maliyyələşmə qeyri-bərabər paylanıb.

Onun sözlərinə görə, şagird sayı 30-a qədər olan 477 təhsil müəssisəsində 1 uşağa 7 min manat xərclənir.

E.Əmrullayev qeyd edib ki, bu rəqəmlər bəzi özəl məktəblərin qiymətlərinə bərabərdir:

“Lakin həmin məktəblərdən yaxşı nəticə əldə bilmirik. Sinif sıxlıqlarının az olması məktəbdə şagirdlərin daha yaxşı oxuması demək deyil. Bu nəticə müəllimdən də asılıdır. Eyni büdcə ilə biz daha yaxşı xidmət göstərə bilərik”.

Nazir əlavə edib ki, hətta bir məktəb var ki, orada cəmi bir şagir təhsil alır və həmin məktəb üçün ildə 64 min manat vəsait xərclənir:

“O pulu yenə də xərcləyək. Lakin bu vəsaitə biz daha yaxşı nələrsə edə bilərik. Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu rəqəm 30 min manatdır. Bu, əlavə paylanma baxımından əladətli deyil. 600 manat xərclənən məktəb daha yaxşı nəticə verir. Dövlət vəsaitinin daha düzgün, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşma tədbirlərini davam etdirəcəyik”.

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv