Reklam: High Technic
hightechnic

10-cu sinif şagirdi bıçaqlandı

74692Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, martın 27-də Şərifzadə küçəsində gənc oğlan hücuma məruz qalıb.

Məlumat daxil olan kimi hadisə yerinə polis işçiləri gəlib. Araşdırmalar zamanı məlum olub ki, hücum nəticəsində bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Nicat Bəykişi oğlu Cəfərovdur. Naməlum şəxslər xuliqanlıq zəminində ona çoxsaylı xəsarətlər yetiriblər.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, bıçaqlanan Nicat Cəfərov 158 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Hazırda şagirdi bıçaqlayan şəxslər axtarılır.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

93