!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 müəssisədə nöqsanlar aşkarlandı: Bu kafe və restoranlar cərimələndi - SİYAHI

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 387 ictimai iaşə obyektində 652 monitorinq keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., Almaz İldırım küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Almaszadə Ramil Hacıağa oğluna məxsus “Frash Lounge” restoranı;

Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu və Atatürk küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Mirzəyev Samir Güləli oğluna məxsus “Paşa Dönər” restoranı;

Bakı şəhəri, Nərimanov rayonu, F. X. Xoyski pr., məh. 830-835 ünvanında yerləşən, hüquqi şəxs “150 Kitchen And Tea” MMC-yə məxsus “150 Kitchen And Tea” restoranı;

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 12 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İbrahim Əliməmməd oğluna məxsus “Keyfim” restoranı;

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs., Aşıq Ələsgər küç., məh. 2946 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rəşid Vahidoviçə məxsus “İsgəndərçi” dönər evi;

Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küç., ev 11, mən. 21 ünvanında yerləşən, hüquqi şəxs “Novgün” MMC-yə məxsus “Shakespeare” restoranı;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Fariz Rza oğluna məxsus kafe;

Gəncə şəhəri, Mirzə Şəfi Vazeh küçəsi 135 ünvanında yerləşən, fiziki şəxs Hümbətov Orxan Vahir oğluna məxsus kafe;

Gəncə şəhəri, A. Kazımov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Teymur Qələndər oğluna məxsus kafe;

Gəncə şəhəri, H. Ə. Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Seyidova Zemfira Abdı qızına məxsus “Fərman” kafesi”.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv