!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

10 nəfərin teatrdan qovulması xəbərinə “Azdrama”dan AÇIQLAMA: “65 yaşına çatmış işçinin…”

!Reklam – Yazi

“Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb”.

Bu fikirləri teatrşünas Çingiz Ələsgərovun Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin bir qrup əməkdaşı teatrdan uzaqlaşdırması ilə bağlı iddiasına münasibət bildirən “Azdrama”nın mətbuat katibi Cavid Zeynallı  Yenicag.az-a açıqlamasında deyib.Mətbuat katibinin sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması mövcud əmək qanunvericiliyi əsasında baş verib:

“Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb.

Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin. 65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbidir”.

Cəvahir

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv