!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“10 noyabr bəyanatını yerinə yetirməyin məsuliyyəti artıq tamamilə Paşinyanın üzərindədir” – ŞƏRH

!Reklam – Yazi

“Armen Sarkisyanın istefası ilə Nikol Paşinyan təkbaşına iqtidar və yekcins hakimiyyət komandası planını gerçəkləşdirdi”.

Bu fikirləri Armen Sarkisyanın Ermənistan prezidenti postundan istefasının ölkədə daxili siyasi proseslərə mümkün təsirini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istefa Nikol Paşinyan üçün əlavə üstünlüklərlə yanaşı, yeni məsuliyyətlər də yaradır:

“Bildiyiniz kimi, Armen Sarkisyan əvvəlki iqtidarın indiki komandada təmsil olunan sonuncu iri fiqurlarından biri idi. Ancaq Ermənistanda 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra elə bir vəziyyət yaranmışdı ki, onun öz postunda qalması Paşinyana da sərf edirdi.

Lakin 44 günlük müharibədə Ermənistanın acınacaqlı məğlubiyyəti bu balansı pozdu və Sarkisyan Paşinyan iqtidarının ən aktiv təmsilçilərindən birinə çevrildi. Situasiyanı qiymətləndirməyi bacaran Paşinyan isə Sarkisyanın istefasını zəruri edən situasiyanı yetişdirməklə onu neytrallaşdırmağı bacardı. Sarkisyanın istefası ilə Nikol Paşinyan təkbaşına iqtidar və yekcins hakimiyyət komandası planını gerçəkləşdirdi.

Sarkisyanın istefasından sonra onu dəstəkələyən “Qarabağ klanı” ilə millətçilərin müəyyən kəsiminin davranışı, əsasən, Rusiyanın yanaşmasından asılı olacaq. İndiki şəraitdə isə nə Qərb, nə də Rusiya Paşinyana qarşı çox güclü müxalifətin yaranmasında maraqlı görünür.

Sarkisyanın istefası Paşinyan üçün əlavə üstünlüklərlə yanaşı, yeni məsuliyyətlər də yaradır. Ən başlıcası, bundan sonra 10 noyabr bəyanatını yerinə yetirməyin məsuliyyəti artıq tamamilə Paşinyanın üzərindədir. O artıq bu prosesə mane olan “daxili müxalifət” adı ilə manipulyasiya edə bilməyəcək”.

A.Zeynalov

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv