!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 yaşlı uşaq 16 mərtəbəli binanın zirzəmisinə yıxıldı - Xilasetmə anının VİDEOsu

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, X.Məmmədov küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Yenicag.az xəbər veri ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2013-cü il təvəllüdlü uşağın onaltımərtəbəli yaşayış binasının dərinliyi təxminən 6 metr olan zirzəmisinə yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə avadanlıqlarının köməyi ilə həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv