!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib - RƏSMİ

!Reklam – Yazi

“Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”.

Yenicag.az xəbər verir ki,  bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, XİN və səfirlik Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi, evlərində qalmaq tövsiyə olunub:

“Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar. Eyni zamanda, Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100 nəfər Ukraynadan Moldovaya keçib”.

XİN başçısı qeyd edib ki, Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır:

“Ukraynadan Moldovaya keçən Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün iş aparılır. Həmin vətəndaşların hava yolu, yaxud avtobuslarla Azərbaycana gətirilməsi üzərində araşdırma aparılır”.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv