!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

100 boşqab suşi yedi, qadağa ilə üzləşdi

!Reklam – Yazi

Müştərilərinə limitsiz yemək təklif edən restoran istisna etmək məcburiyyətində qalıb.

Yenicag.az xəbər verir ki, buna səbəb Yaroslav Bobrovski adlı həvəskar idmançının həddən artıq çox suşi yeməsi olub. Belə ki, o, “Running Sushi” restoranında suşi-bardan limitsiz yararlanmaq üçün 15,9 avro ödəyib. Bundan sonra 30 yaşlı idmançı 100 boşqab suşi yeyərək aşbazları belə heyrətləndirib.

Hadisə qarşısında şoka düşən restoran sahibi və baş aşbaz idmançıya onların müəssisəsinə bir daha girməyi qadağan edib:

“O 5 nəfərlik yeyir. Bu anormaldır”, -deyə restoran sahibi jurnalistlərə bildirib.

Bobrovski isə xüsusi pəhriz saxladığını və bu pəhrizə əsasən sutkada 20 saat ac qalıb, daha sonra tam doyanacan yemək yediyini bildirib. O, sözügedən restoranın daimi müştərisi olduğunu, lakin əvvəllər o qədər yemədiyini qeyd edib.

www.yenicag.az

5258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv