!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

100 minlik YAŞAM HAQQI: Yeni qanun turizm sektoruna necə təsir edəcək? – Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“Xarici vətəndaşların ölkəmizdə hansısa bir banka müəyyən məbləğdə vəsait qoymaqla oturum əldə etməsi iqtisadiyyatımızın inkişafına, yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər”.

Bu fikirləri Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə bağlı danışan turizm eksperti Rəhman Quliyev Yenicag.az-a açıqlamasında deyib.

R.Quliyev banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsinin turizm sektoruna təsirini şərh edib.

Qarabağ bölgəsində gedən bərpa və quruculuq işlərindən danışan ekspert bu əraziyə daha çox turistin axın edəcəyini proqnozlaşdırıb:

“Azərbaycana gələn turistlər burada günü-gündən inkişaf edən iqtisadiyyatı nəzərə alıb investisiya yatırmağa maraqlı olur. Onlar burada münbit investisiya şəraitini nəzərə alaraq birbaşa investora çevrilirlər. Xarici vətəndaşlar ölkəmizdə hansısa banka müəyyən bir vəsait qoymaqla oturum əldə edirsə, bu ölkə üçün çox faydalıdır. Çünki bu, Azərbaycan iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər.
Əcnəbilər Azərbaycanda olan xarici şirkətlərin sayına, burada fəaliyyət göstərən diplomatik nümayəndələrin, böyük şirkətlərin fəaliyyətinə önəm verir. Bu da, əlbəttə ki, ölkəmizdə təhlükəsizliyin yüksək səviyyədə olmasının göstəricisidir.
Əsasən də paytaxt Bakı və Qarabağ bölgəsi əcnəbilərdə xüsusi maraq yaradır. Qarabağ iqtisadi rayonunda 3 hava limanının istifadəyə verilməsi və burada fəaliyyət göstərən xarici investorlar ölkəyə turist axının güclənməsinə səbəb olacaq”.

Sadiq Cavadov

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv