26 iyun ölkəmizdə Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd olunur. Müasir Azərbaycan Ordusunun əsası Cümhuriyyət hökumətinin (AXC) 1918-ci il iyunun 26-da qəbul etdiyi tarixi qərarla qoyulub. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr günü elan edilib. Həmin tarixdən etibarən, Silahlı Qüvvələr Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunmaqdadır.
Cümhuriyyət Ordusu kimi, müasir Silahlı Qüvvələrimizin quruluş mərhələsi də mürəkkəb tarixi-siyasi şəraitə təsadüf edib. Azərbaycan Ordusunun qurulmasına Ermənistanın təcavüzü nəticəsində alovlanan Qarabağ müharibəsinin gedişində başlanılıb və hərbi qüvvələrimiz ağır döyüşlərdən keçə-keçə formalaşıb. Azərbaycanda Ordu quruculuğu istiqamətində həyata keçirilən iri miqyaslı tədbirlər nəticəsində Silahlı Qvvələrimiz döyüş qabiliyyətinə görə, dünya ordularının ilk 50-liyində qərarlaşıb.
Yenicag.az-ın əməkdaşları bu əlamətdar gündə paytaxt sakinləri arasında sorğu keçirərək, vətəndaşların Silahlı Qüvvələrimizdən gözləntilərini öyrənib.
Videosorğunu təqdim edirik.
Firuz
Pərviz