“11 aydır pulumuzu ala bilmirik”- MM qarşısında etiraz (FOTO)

İşğal altında olan torpaqların təhsil və səhiyyə işçiləri 11 aydır ki, dondurulmuş əməkhaqqını ala bilmirlər.

Yenicag.az-ın verdiyi xəbərə görə, bu dəqiqələrdə Milli Məclisin önünə toplaşan müəllim və həkimlər problemlə bağlı millət vəkilləri ilə görüşmək istədiklərini bildiriblər. Şikayətçilərdən biri, Füzuli rayonundan olan Fərid müəllimin sözlərinə görə, artıq bıçaq sümüyə dirənib:

“Bizim səsimizi eşidən yoxdur. Düz 1 ilə yaxındır ki, dondurulmuş əməkhaqqını ala bilmirik. Halal pulumuzu istəyirik, başqa heç nə… Bu gün də bura yığışmağımızda səbəb odur ki, bəlkə deputatlardan kiminləsə görüşüb, dərdimizi dedik. Hələ ki, gözləyirik”.

Araz Zeynalov

COP29