Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələdə daha da genişləndirilməsi əsas prioritetlərdəndir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrində artan tendensiya müşahidə olunub.
Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilməsi ciddi müzakirələrə səbəb olub. Dövlət Gömrük Komitəsi bu dəyişikliyi büdcə daxilolmalarının artırılması və yerli sahibkarların müdafiəsi istiqamətində mühim addım kimi dəyərləndirib. Açığı bu mövqe ilə mən də razıyam. Həqiqətən büdcəyə də müsbət təsir edəcək, yerli sahibkara da. Bu öz yerində. Lakin, unutmayaq ki, istənilən qərar ikibaşlı olur və o zaman səmərəli sayılır ki, xeyiri zərərdən çox olsun.