!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 aylıq körpəni yerə çırpdı - Cani ataya cinayət işi açıldı

!Reklam – Yazi

11 aylıq övladını yerə çırparaq ağır xəsarət yetirən ataya cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.

 

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv