!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 ildir gizlənən mafiya başçısı futbol sevgisinin QURBANI OLDU

!Reklam – Yazi

11 ildir gizlənən italyan mafiya başçısı futbola olan həvəsinə görə həbs edilib.

Yenicag.az istinadən xəbər verir ki, vətənində 14 il 4 ay həbs cəzası alan Vinçenzo La Porta Yunanıstanın Korfu adasında yaşayıb.

O,  “Napoli”nin çoxdan gözlənilən çempion titulunu bayram etməməyə bilməzdi. Nəticədə polis onu sosial şəbəkələrdəki fotolardan birində tanıyıb və həbs edib.

60 yaşlı La Porta Neapolitan Contini mafiya klanında “ağ yaxalıqlı” idi. İtaliyada o, vergidən yayınmaqda və digər vergi və maliyyə cinayətlərində təqsirli bilinib.

Qeyd edək ki, “Napoli” ötən mövsüm tarixində üçüncü, 1990-cı ildən sonra isə ilk dəfə İtaliya çempionu olub. Neapollular A Seriyasında bundan əvvəlki iki qələbəni Dieqo Maradona ilə qazanıb.

Məsimə

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv