!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 ildir yataq xəstəsi olan şəhid atasına əlil arabası verilmir - ŞİKAYƏT

!Reklam – Yazi

Daşkəsən rayon sakini olan şəhid atası Abbas Alıyev uzun müddətdir ki, elektron əlil arabası ala bilmir.

Yenicag.az xəbər verir ki, bu barədə onun oğlu Nahid Alıyev “Unikal”a müraciətində bildirib. O qeyd edib ki, atası 11 ildir ki, yataq xəstəsidir:

“Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daşkəsən rayonunun rəhbərliyinə müraciət etmişik. Bizi Gəncə Reabilitasiya Mərkəzinə göndərmişdilər. Onun da bir nəticəsi olmadı. Bizim istəyimiz odur ki, atama elektron əlil arabası verilsin ki, o özünü idarə edə bilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə dedilər ki, atamın əlilliyi 2016-cı ildə ləğv olunub. O, yaşla əlaqədar pensiyaya çıxıb. Necə ola bilər ki, şəhid atası olduğunu nəzərə alıb bir dənə əlil arabası verə bilmirlər?

Mənə dedilər ki, nə olsun ki, şəhid atasıdır? Bildirdilər ki, buna qanun icazə vermir. Biz bunu başa düşürük. Amma atam 31 yaşlı oğlu Vahid Alıyevi Vətənə qurban verib. Onun şəhid atası olmasını nəzərə alıb istəyimizi həyata keçirə bilərdilər, amma etmədilər.

Daşkəsənin icra başçısı rayonun Mərkəzi Xəstəxanasında qalan köhnə bir əlil arabasını gətirib verdi ki, səsinizi kəsin. Həmin araba isə köhnə idi və elektron deyildi”, – deyə şikayətçi bildirib.

Qeyd edək ki, Abbas Alıyevin oğlu Vahid Alıyev 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev 2020-ci il oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv