11 illik bazadan kolleclərə ixtisas seçiminin nə zaman başlayacağı AÇIQLANDI

11 illik bazadan kolleclərə ixtisas seçimi universitetlərə seçim bitdikdən sonra olacaq.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib:

“Dəqiq tarixi deyə bilmərik, nəzərdə tutulur ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın axırında başlasın”.