!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 yaşlı uşaq “qara siyahı”ya salındı - Rusiya ordusuna həqarətə görə

!Reklam – Yazi

Rusiyanın Volqoqrad vilayətində ordunun “ləyaqətinə toxunan” şagird “qara siyahı”ya salınıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Volqoqrad vilayətindəki Kamışin şəhərində qeyd alınan bu faktla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd olunur ki, Rusiya Daxili İşlər Nazirliyi (DİN) Bələdiyyələrarası şöbənin media ilə əlaqələr üzrə mütəxəssisi Marina Aqarkova da faktı təsdiqləyib.

Onun sözlərinə görə, haqqında danışılan şagird Kamışində keçirilən “Sənin seçimin” profilaktik tədbir çərçivəsində aşkar edilib.

Lakin Aqarkova həmin şagirdin Rusiya ordusu barəsində nə yazdığına dair sualı cavablandırmaqdan yayınıb.

Şöhərin polis idarəsindən bildirilib ki, yetkinlik yaşına çatmayanlar üçün profilaktik tədbir görülənlərin siyahısında “cəmiyyət əleyhinə baxışları” ilə seçilən 20 yeniyetmənin adı var.

www.yenicag.az

1342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv