55eb316ef018fbb8f8b16167 (1)Yenicag.az xəbər verir ki, 12 il komada yatan gəncin açıqlamaları eşidənləri şok edib. Beləki, Martin Pistoriu Afrikada böyüyən sıradan bir uşaq idi. 12 yaşında olarkən qəfil xəstələnən Martinin həyatı dəyişir. Əvvəl boğaz ağrısıyla başlayan xəstəlik davamlı yatması və ən sonunda hərəkət qabiliyyətini tamamilə itirməsiylə özünü göstərib.

Daily Mailin xəbərinə görə, həkimlər Martinin menengit olduğunu bildiriblər. Ona kömək edə bilməyəcəklərini dedikdən sonra Martini evə göndəriblər. Ailəsi Martinin hər anında yanında idi.

Özünə gəldikdən sonra baxıcılarıyla bağlı danışdıqları isə insanın qanını dondurur.
“Dəhşətli idi. Ailəm başıma gələnləri öyrəndiyində şok olmuşdu. Baxım evindəki insanlar saçımı çəkir, metal qaşıqla dişimə vurur və qaşığı ağzıma yerləşdirməyə çalışırdı. Mənə davamlı qışqırırdılar. Baxıcı qadınlardan birinin cinsi istismarına belə məruz qalmışdım. Hər saniyə qaçacağım günü gözləyirdim”, deyə Martin vurğulayıb.

Martin, həyatındakı ən pis anların isə anasının otağına gəldiyində qulağına “Ümid edirəm ki, ölərsən” dediyi zaman olduğunu deyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."