!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“125” ƏRŞƏ ÇƏKİLİB: “Vallah, boğaza yığılmışıq” - ŞİKAYƏT

!Reklam – Yazi

“28 May” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində fəaliyyət göstərən 125 nömrəli marşrut xəttindən sakinlər narazıdır.

Yenicag.az-a daxil olan şikayətlərdə vətəndaşlar 125 nömrəli avtobusların sayının az olmasını, axşama doğru isə heç tapa bilmədiklərini deyiblər.

Şikayətçilərin sözlərinə görə, avtobus çox gec gəldiyi üçün insanlar üst-üstə getməyə məcbur olurlar. Hətta bir neçə dəfə onlar arasında özündən gedənlər də olub.

Bu marşrut xəttindən istifadə edən sakinlərdən biri dispetçerə öz narazılığını bildirsə də, “xoşunuz gəlsə də, gəlməsə də, budur” cavabını alıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanlasaq da, heç bir cavab verilmədi.

Məsələni diqqətdə saxlayacağıq.

Sadiq Cavadov

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv