!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

13 il əvvəl törədilmiş qətlin üstü açıldı - Birgə məlumat

!Reklam – Yazi

13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində uzun illər bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

16 fevral 2010-cu il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətinə gedən torpaq yolda “Daewoo Nexia“ markalı avtomobilin sükanı arxasında 1953-cü il təvəllüdlü rayonun Yeniabad kənd sakini Həsənov Məhərrəm Kamil oğlunun baş və bədən nahiyəsində çoxsaylı xəsarətlər olan meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonunun Yeniabad kənd sakini Vəliyev Turab Malik oğlunun 15 fevral 2010-cu il tarixdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getməsi, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirməsi, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı avtomobilin içərisində Məhərrəm Həsənova deşici-kəsici alətlə çoxsaylı zərbələr endirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv