!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

13 yaşlı qardaşı qızını qaçıran şəxs HƏBS EDİLDİ

!Reklam – Yazi

Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 13-də Yevlax rayonunda 2008-ci il təvəllüdlü N. M-nı qaçıran əmisi Elçin Mustafayev Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. Məhkəmənin qərarı ilə E. Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib və o istintaqa təhvil verilib.

Xatırladaq ki, dekabrın 13-də Yevlax rayon sakini İ. Mustafayev polisə müraciət edərək qızı, 2008-ci il təvəllüdlü N. M-nın itkin düşdüyünü bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının doğma əmisi tərəfindən qaçırılaraq Bakı şəhərinə gətirildiyi müəyyən edilib. Hər iki şəxsin yeri müəyyən edilib və onlar saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə təhvil verilib.

 

 

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv