!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

13 yaşlı qızın ərə verilməsinə polisdən REAKSİYA

!Reklam – Yazi

Tovuz rayonunda azyaşlı qızın ərə verilməsiylə bağlı araşdırma başladılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki tərəfin valideynləri rayon polis şöbəsinə dəvət olunub:

“Onlara bildirilib ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşı qanunla müəyyən olunmuş həddə çatandan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir”.

www.yenicag.az

1841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv