!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

13 yaşlı qızın oğlana cevrilməsi GÜNAHDIR, YOXSA..? – İLAHİYYATÇI AÇIQLADI/VİDEO

!Reklam – Yazi

Azərbaycanda 13 yaşlı qızın əməliyyatla oğlan olması ilə bağlı sosial şəbəkələrdə yayılan video ətrafında müzakirələr səngimək bilmir. İzləyicilər bu kimi əməliyyatların dinimizdə günah və yasaq sayıldığını yazıblar.

Yenicag.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri məsələyə aydınlıq gətirib.

O, bu kimi halları anadangəlmə qüsur kimi dəyərləndirib və sonradan həkim müdaxiləsi ilə problemin həllinin günah sayılmadığını bildirib:

“Genetik olaraq oğlan kimi doğulub, amma qız kimi böyüdülüb. Əslində bu əməliyyat qızı oğlana, oğlanı qıza çevirmək  məqsədi daşımır. Bu hermofroditizm – bədəndə kişi və qadın cinsi xüsusiyyətlərinin və reproduktiv orqanlarının eyni vaxtda və ya ardıcıl olması adlanır.

Bu cür anadangəlmə qüsurla doğulan insanlar sonradan əməliyyat yolu ilə ikisindən birini seçilir- ya oğlan, ya qız olur. İslamın ilk dövrlərindən etirbarən belə bir məsələ olub. Bu cür hallarda həkim müdaxiləsi ilə bədənin bir forması saxlanılır. Bu, dinimizdə günah sayılmır.

Müəyyən yaş dövründən sonra öz ağıl və dərrakəsi ilə oğlanın özünü qız, yaxud da əksinə, qızın özünü oğlan etdirməsi məsələsi var. Bu, transgender anlayışı kimi qəbul olunub və İslamda qəbul edilmir, günah və qəbahət sayılır”.

Videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

1990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv