!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

14 əcnəbi sərhəddə saxlanıldı - ADLAR/FOTO

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

DSX-dən Yenicag.az-a verilən məlumata görə, son gün­lərdə 14 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

31 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Radjabov Muzaffarın və 1993-cü il təvəllüdlü Abdurasulova Mukhiranın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdır­ma əlamətləri aşkar olunub, dərinləşdirilmiş yoxlama zamanı şübhə­lər təsdiqini tapıb.

02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağ­dad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveçə məxsus pasportun saxta olması aşkarlanıb. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkar olunub.

02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Do­ha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Khanın təqdim etdiyi pasportun 1988-ci il tə­vəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyən edilib. Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqə­si aşkar olunub.

04 fevral tarixində “Xanoba” dövlət sərhədindən buraxılış məntə­qəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunub.

06 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəl­lüdlü Shoeva Bibigulün pasportunda saxtalaşdırma əlamətləri aşkar olunub.

08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il tə­vəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqa­liyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.

08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1988-ci il tə­vəllüdlü Sheikh Muhammad Avvaisin təqdim etdiyi İtaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu aşkarlanıb.

10 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1978-ci il təvəllüdlü Mu­rodova Dilovar sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxta­laşdırması müəyyən edilib.

13 fevral tarixində “Samur” dövlət sərhədindən buraxılış məntə­qəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Boynazarov Ozodun pas­portunun saxtalaşdırlması aşkarlanıb.

14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşları 1985-ci il təvəl­lüdlü Salem Waqas və 1997-ci il təvəllüdlü Khadim Saadın sərhəd nə­zarətinə təqdim etdikləri pasportlara vurulmuş Danimarkaya məxsus Şengen vizasının tam saxta olması müəyyən edilib.

14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul-Vankuver reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Akashdeep Singhin pasportuna vurulmuş Kanadaya məx­sus vizanın tam saxta olduğu aşkarlanıb.

15 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçub gedən Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Durmaz Remzinin sərhəd nəzarətinə təqdim etdiyi Bolqarıstana məx­sus pasportun saxta olmasına şübhə yaranıb və laboratoriya şə­raitində yoxlanılan zaman təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

www.yenicag.az

7728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv