!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

14 may seçkilərinə “UZANAN ƏLLƏR”: “İncənin namizədliyini geri götürməsində daxili siyasi amillər...” – RƏY

!Reklam – Yazi

“Müəyyən xarici qüvvələrin Türkiyə seçkilərinə müdaxilə cəhdi istisna deyil”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərinə 3 gün qalmış namizədlərdən biri Məhərrəm İncənin “marafon”dan çıxmasının xarici ölkələrin seçki prosesinə müdaxiləsi kimi qiymətləndirilməsinə münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, xarici qüvvələrin Türkiyə seçkilərinə müdaxilə cəhdləri istisna edilməsə də, İncə ilə bağlı məsələdə fərqli vəziyyət müşahidə olunur:

“Türkiyədə bu bazar günü keçiriləcək prezident və parlament seçkilərinə beynəlxalq səviyyədə ilin ən mühüm siyasi hadisələrindən biri kimi yanaşılır. O baxımdan, müəyyən xarici qüvvələrin Türkiyə seçkilərinə müdaxilə cəhdi istisna deyil.

Sözsüz ki, 14 may seçkilərinə marağın bu qədər böyük olması, onun nəticələrinin son dərəcə mühüm əhəmiyyət daşıması son illərdə Türkiyənin nüfuz və təsir imkanlarını xeyli artırması, müstəqil siyasət yürütməsi ilə bağlıdır. Ona görə də bu maraq təbii qarşılanmalıdır.

Məhərrəm İncənin seçkilərə bir neçə gün qalmış öz namizədliyini geri götürməsinin səbəbləri haqda müxtəlif fikirlər səsləndirilir və onun bu addımını şərtləndirən səbəblər sırasında xarici faktorların təsiri də vurğulanır.

Ancaq mənə belə gəlir ki, burada vəziyyət nisbətən fərqlidir. Yəni İncənin namizədliyini geri götürməsinin gerçək səbəbini hələ ki yalnız özü bilsə də, mən burada daxili siyasi amillərin rolunun həlledici olduğunu düşünürəm”.

A.Zeynalov

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv