!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

14 milyon hektar ərazi yanaraq kül oldu

!Reklam – Yazi

Kanada meşə yanğınları ilə mübarizə aparır. Britaniya Kolumbiyası əyalətində sürətlə yayılan “McDougall Creek” meşə yanğını Treyder Kov ərazisində və Vest Kelovna ətrafında bir çox evi yandırıb.

Yenicag.az xarici KİV-lərə istinadla xəbər verir ki, alovlar kurort ərazisinə də keçib.

Britaniya Kolumbiyası əyalətinin Baş naziri David Eby deyib ki, bu il ştatda ən pis meşə yanğınları mövsümü ilə üzləşiblər. Vəziyyət son 24 saatda sürətlə dəyişib və qarşıdakı günlərdə son dərəcə çətin bir vəziyyət qeydə alınır. Bundan başqa Fövqəladə hallar üzrə dövlət naziri Bovin Ma, 15 min insanın təxliyə edilməsi ilə bağlı əmr verildiyini bildirib.

“McDougall Creek” yanğını 24 saat ərzində 64 hektardan 6800 hektara qədər yayıldığı üçün təxliyələr başlayıb. Bir çox insan evlərini tərk edib. Alovların yaxınlaşdığı Kelowna şəhərində səhiyyə işçiləri qocalar evlərindəki yaşlıları təxliyə ediblər. Meşə yanğınları ilə mübarizənin davam etdiyi Şimal-Qərb bölgəsində alovların yaxınlaşdığı Yellounayfın 95 faizi təxliyə edilib. Qalanlardan isə ən qısa zamanda şəhəri tərk etmələri istənilib.

Avqustun 16-da Şimal-Qərb bölgəsində fövqəladə vəziyyət elan edilib və ertəsi gün Yellounayfda 20 min insanın təxliyəsinə başlanılıb. Kanada Qurumlararası Vəhşi Yanğın Mərkəzinin (CIFFC) məlumatına görə, yanğınlardan 663-ü nəzarətdən çıxsa da, 227-si nəzarət altına alınıb. Ən aktiv yanğınlar – Britaniya Kolumbiyasında 378 yanğın, Şimal-Qərb ərazilərində 236 və Yukonda 142 yanğınla davam edir. Bu il ölkədə 5779 meşə yanğını baş verdiyi halda, 14 milyon hektar ərazi kül olub. Bildirilib ki, 2023-cü il meşə yanğınları mövsümü “ölkə tarixində ən pis meşə yanğınları mövsümü” olub.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv