!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

140 yaşlı kişi son əməliyyatdan sağ çıxmadı - "Buynuzlu" Əli öldü

!Reklam – Yazi

Dünyanın ən yaşlı kişisi olan Əli Antera Yəməndə 140 yaşında vəfat edib. 100 yaşında onun başında böyüməyə başlayan buynuz sözügedən şəxsi məşhurlaşdırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, o, Yəmənin Əl-Cəvf əyalətində yaşayıb. Ləqəbi isə “İkibuynuzlu” olub.

Onun “buynuz”unu çıxarmaq üçün edilən əməliyyatdan üç gün sonra öldüyü bildirilir.

Onun ailəsi iddia edir ki, kişi qocalığın səbəb olduğu fiziki və ruhi sağlamlığın pisləşməsindən dünyasını dəyişib.

Yəmən mediası Əlinin sağlam olduğunu və yaddaşını təxminən 2017-ci ilə qədər saxladığını iddia edir. Kişinin 70-dən çox nəvəsinin olduğu təxmin edilir.

Xatırladaq ki, 19-cu əsrin əvvəllərində Fransada da oxşar hadisə qeydə alınıb. Madam Dimançenin 76 yaşında alnında 24,9 sm uzunluğunda buynuz böyüməyə başlayıb. Əməliyyat olunaraq buynuz uğurla çıxarılıb.

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv