Reklam

Reklam

img22080751475490435Xəbər verdiyimiz kimi, dünən Bakıda səfərdə olan Roma Papası prezident İlham Əliyevlə görüşüb.

Papa daha sonra ölkə başçısının ailə üzvləri ilə də bir araya gəlib və onlara hədiyyələr təqdim edib. O bildirib ki, prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.

Azərbaycan prezidenti isə Roma Papasına ölkə sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edərək deyib:

“Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir”.
Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 182
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."