unnamed (2)Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsinə start verib. Layihə çərçivəsində ilk tədbir “Alp İnn” otelində keçirilib.

Qeyd edək ki, layihənin başlıcaməqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinintəbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardımgöstərməkdir.

Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə inşa müsabiqəsi keçirilib.
Tədbirdəinşa müsabiqəsində Bakı şəhərinin Nərimanov rayonu üzrə qalib seçilən 30 gəncə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektor müdiri ƏliMəmmədov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri 2-ci qrup Qarabağ qazisi ƏdalətMəhərrədov, Daxili İşlər Naziliyinin əməkdaşı Orxan Bədəlov, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev,Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri – Miri Həsənov iştirak ediblər.

“Gənclərin Tənhalara Dayaq İctimai Birliyi”nin sədri XoşbəxtSeyidova çıxış edərək layihə haqqında məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektor müdiri Əli Məmmədov çıxış edərək bildirdi ki, vətənpərvərlik şəxsiyyəti səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğu üçün onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və xüsusilə təhsil müəssisələrində təbliğ olunması xalqımızın gələcəyi üçün həyati önəm daşıyır.

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri 2-ci qrupp Qarabağ qazisi Ədalət Məhərrədov isə vurğuladı ki, vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaratması, apardığı mübaribədə onda inam hissini gücləndirməsi bir həqiqətdir. Vətənpərvərlik hissi güclü olan gənclər gələcəyimizin və bütünlükdə dövlətçiyimizin qarantıdır.

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri – Miri Həsənov çıxış edərək dedi ki, vətənpərvərlik və milli iftixar hisslərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının milli maraqlarının vacib hissəsidir.
Daxili İşlər Naziliyinin əməkdaşı Orxan Bədəlov isəbildirdi ki, yeniyetmə və gənclər arasında əsil qəhramanlıq səlnamələrinin təbliği, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyyə olunmalarına mühüm töhfə verəcək.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."