!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 dinozavr yumurtası tapıldı - 80 milyon illik tapıntı

!Reklam – Yazi

Çində 15 dinozavr yumurtasının qalığı aşkar edilib.

Yenicag.az xəbər verir ki, yumurta qalıqları Çianqun əyaləti Yivu şəhərində yerləşən Quanyintanq kəndində aparılan qazıntılar zamanı tapılıb. Onların bəziləri toplu, digərləri isə ayrı-ayrılıqda aşkar edilib. Qalıqlar müayinə üçün Yivu Şəhər Muzeyinə göndərilib.

Muzeyin Milli Tarixi Elmlər Bölməsinin tədqiqatçılarından Du Tienming yumurta qalıqlarının 80 milyon il bundan əvvələ aid olduğunu bildirib.

Belə bir kəşfin nadir hadisə olduğunu qeyd edən Du mövzuyla bağlı elmi araşdırmaların daha da artırılacağını və bu işə xüsusi diqqət ayrılacağını vurğulayıb.

Qeyd edək ki, ötən ay Çinin Hibey əyalətində 130 milyon il bundan əvvələ aid dinozavr qalıqları da aşkar edilmişdi.

Həşim Səhrablı

www.yenicag.az

8995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv